Ağdam və Xirosima qardaşlaşa bilər: Proses rəsmən başladı, nümayəndələr...
23-10-2022, 21:06
80

Ağdam və Xirosima qardaşlaşa bilər: Proses rəsmən başladı, nümayəndələr...

"Qafqazın Xirosiması" adlandırılan Ağdam və Yaponiyanın Xirosima şəhərləri qardaşlaşa bilər. Bunun üçün konkret çalışmalar başlayıb.
ÖNDERTV.ORG musavat.com-a istinadən bildirir ki, bu barədə xəbəri Prezidentin işğaldan azad olunmuş ərazilərdəki (Şuşa istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov verib.
Emin Hüseynov deyib ki, Ağdamın Xirosima ilə qardaş şəhərlər olması üçün xüsusi nümayəndəliyin təmsilçiləri Yaponiyada olublar və bu barədə Xirosima şəhərinin meriyası ilə danışıqlar aparıblar. Yaponiyadan bu gün dönən nümayəndə heyəti bu unikal səfərin və orada aparılan fəaliyyətin müsbət nəticələr verəcəyinə inanır: "Biz uğurlu danışıqlar apardıq, lakin erməni lobbisi bu prosesdən narahatdır və qardaşlaşmanın alınmaması üçün bütün gücü ilə fəaliyyətə başlayıb", deyə, Emin Hüseynov açıqlamasında bildirib.
Məlum olduğu kimi, Xirosima dünyada atom silahına məruz qalmış ilk şəhərdir. Belə ki, 1945-ci ilin avqust ayında Yaponiyanın iki şəhəri Amerika hərbi hava donanması tərəfindən atılan atom bombasına məruz qalıb. Amerika prezidentinin fərmanı ilə birinci bomba avqustun 6-da Xirosima (Hiroşima) şəhərinə atıllb. Şəhərin 60 faizi partlayış nəticəsində məhv olub. Şəhər uzun illər quru divarlardan ibarət qalıb. Hazırda da şəhərin bir hissəsini bərpa etmədən saxlayan yaponlar bütün dünyaya genosidin açıq muzeyini təqdim edirlər.
Yeri gəlmişkən, xüsusi nümayəndə Emin Hüseynov müxbirimizlə söhbətində bu məqama da toxunub. O bildirib ki, Ağdam şəhərinin 16 hektar ərasisi bərpa olunmadan, erməni vəhşətinin və barbarlığının nümunəsi kimi, açıq hava muzeyi kimi saxlanacaq.


ÖNDERTV.ORG

Oxşar xəbərlər