“Sentyabrdakı itkilərimiz apreldəkindən üç dəfə çox oldu” - Erməni hərbi ekspert
18-10-2022, 21:53
106

“Sentyabrdakı itkilərimiz apreldəkindən üç dəfə çox oldu” - Erməni hərbi ekspert

"Azərbaycanın Ermənistanla razılaşma əldə edilməsinə ciddi ehtiyacı yoxdur. Çünki üstün mövqedədirlər. Onlar indi daha böyük ərazilərə nəzarət edirlər. Onlar yeni ərazilərə nəzarət edəndən sonra bir müddət danışıqlar aparırlar. Sonra yenə də ərazilər tuturlar. Ona görə də, qarşıda yeni müharibənin olacağını istisna etmirəm".
 
ÖNDERTV.ORG  teleqraf.com-a istinadən bildirir ki, bunu erməni hərbi ekspert Karen Vrtanesyan bildirib.
Ekspertin sözlərinə görə, bu ilin sentyabrında Ermənistan tərəfinin insan və ərazi itkiləri 2016-cı ilin aprelində verdiyi itkilərdən 3 dəfə çox olub.
"44 günlük müharibədən dərhal sonra dedim ki, bu, yeni müharibənin başlanğıcıdır və ya növbəti müharibənin yeni mərhələsidir. Azərbaycana ciddi zərbələr endirməsək dayanmayacaq. Azərbaycanın hazırda danışıqlara ehtiyacı yoxdur. Geniş ərazilər onların nəzarətindədir. Mühüm ərazilər, yüksəkliklər, İrana gedən yollar türklərin əlindədir", - Vrtanesyan deyib.
Onun sözlərinə görə, vəziyyəti diplomatik yolla dəyişmək üçün ilk növbədə iqtisadi, hərbi və siyasi potensialı inkişaf etdirmək lazımdır: "Beynəlxalq təcrübə göstərir ki, birinci tərəf özünü qoruya bilmirsə, hətta sülhməramlı qüvvələr də bir tərəfi digər tərəfdən qoruya bilməz. Bəs onda Aİ-nin mülki missiyası Azərbaycanı necə dayandıracaq? Atəş açılan kimi onlar təxliyə olunacaqlar".


 
ÖNDERTV.ORG


Oxşar xəbərlər