Adil Əliyev daima vətəndaşların yanında olmuşdur.
17-10-2022, 18:10
98

Adil Əliyev daima vətəndaşların yanında olmuşdur.

17 oktyabr tarixində Milli Məclisdə növbəti dəfə şəhid ailələrini, qaziləri və vətəndaşları qəbul edərək, onlar tərəfindən qaldırılan sosial, humanitar, təhsil və digər məsələləri dinlədim. Qəbul zamanı vətəndaşlarımızın müraciətlərində qeyd etdikləri məsələlərin bir qismi tərəfimdən elə yerindəcə həll edildi. Habelə digər müraciətlərin həlli məqsədilə aidiyyəti üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına məktubların hazırlanması ilə bağlı tapşırıqlar verildi. Qəbulun Füzuli şəhərinin işğaldan azad olunmasının 2-ci ilinə düşməsi vətəndaşlarımızda yüksək ovqat yaratmasının şahidi oldum. Dövlət başçısı tərəfindən vətəndaşların müraciətlərinə yüksək həssaslıqla yanaşılması, vətəndaşlarımızı narahat edən məsələlərin qısa zamanda həll edilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq, vətəndaşlarımızın həm Milli Məclisdə, həmdəki seçki qərargahımda mütəmadi qəbulunu həyata keçirdirik. Ünvanıma daxil olan vətəndaş müraciətlərinə yüksək həssaslıqla yanaşır, müraciətləri geniş şəkildə təhlil edir və qanunvericiliyin tələblərinə uyğun olaraq həll edirəm.
ÖNDERTV.ORG

Oxşar xəbərlər