“Ermənistanın yenidən silahlanmaq cəhdi onun revanşist niyyətindən xəbər verir”
29-09-2022, 09:34
101

“Ermənistanın yenidən silahlanmaq cəhdi onun revanşist niyyətindən xəbər verir”

Arzu Nağıyev: “Azərbaycan erməni faşizminin yenidən baş qaldırmasına imkan verməyəcək”
 
 ÖNDERTV.ORG Apa.az -a istinadən xəbər verir, Hindistan Ermənistana 245 milyon dollarlıq silah-sursat ixrac edəcək. Artıq Hindistanın  Ermənistana çoxlu sayda raket, reaktiv mərmi və sursatların ixracına dair iki dövlət arasıdna müvafiq müqavilənin imzalandığı bildirilir.
 
“Ermənistanın yenidən silahlanmaq, reaktiv raket sistemləri almaq cəhdləri hər şeydən öncə rəsmi İrəvanın revanşist niyyətindən, bölgədə sülhün və sabitliyin yaranmasıdna maraqlı olmamasından xəbər verir. Bu, bir daha sübut edir ki, Ermənistan 44 günlük Vətən müharibəsinin özü ilə gətirdiyi reallıqlarla barışmaq, 10 noyabr 2020-ci il razılaşmasının şərtlərini yerinə yetirməkdə maraqlı deyil və terror, təxribat xarakterli addımlarla mövcud status-kvonu öz xeyrinə dəyişmək istəyir. Lakin Ermənistan unutmamalıdır ki, heç bir dəstək, heç bir himayədarlıq 8 Noyabr zəfərinin nəticələrinə təsir göstərə, Azərbaycanla münasibətdə Ermənistana hər hansı üstünlük qazandıra bilməz. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Ermənistanın hərbi potensialının 80%-ni sıradan çıxarmaq, torpaqlarımızı qısa zamanda işğaldan azad etməklə sübut etdi ki, onun qarşısını almaq, onu məğlub etmək mümkün deyil. Əgər Ermənistan yenidən xam xəyallara qapılaraq hansısa təxribata yol verəcəksə, bunun qarşılığını bir neçə qat misli ilə alacaqdır.
 
Prezidentimizin də dediyi kimi, Azərbaycan heç vaxt regionda erməni faşizminin baş qaldırmasına, onun xalqımıza qarşı yeni cinayətlər həyata keçirməsinə imkan verməyəcək. “Dəmir yumruq” Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə kəm baxan istənilən düşmənin başını əzməyə hazırdır və 44 günlük müharibə bu gerçəyin ən böyük isbatıdır”.
 
Seymur ƏLİYEV
 
ÖNDERTV.ORG       

Oxşar xəbərlər