"Zəngəzur dəhlizi Orta Dəhlizin inkişafında təkanverici qüvvə rolunu oynayacaq"
15-03-2023, 17:16
56

"Zəngəzur dəhlizi Orta Dəhlizin inkişafında təkanverici qüvvə rolunu oynayacaq"

ÖNDERTV.ORG

Zəngəzur dəhlizi Orta Dəhlizin inkişafında təkanverici qüvvə rolunu oynayacaq.
ÖNDERTV.ORG Trend-ə istinadən bildirir ki, bu barədə Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Mirvohid Əzimov Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyu "Bir pəncərə" prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi üzrə çoxtərəfli görüşdə deyib.
Onun sözlərinə görə, Xəzər regionu ölkələri nəqliyyat sektorunun inkişafına mühüm töhfə verəcək Zəngəzur dəhlizinin reallaşacağına əmindirlər
"Həmçinin qeyd etmək istərdim ki, Orta Dəhliz Şərqdən Qərbə və əks istiqamətdə yüklərin daşınması kontekstində çox vacibdir. Biz onun uzunmüddətli perspektivlərini və proqnozlarını nəzərə almaqla inkişafını aktiv şəkildə təşviq edirik", - o deyib.
M.Əzimovun bildirdiyinə görə, qısamüddətli perspektivdə dəhlizin rəqəmsallaşdırılmasının sürətləndirilməsi planlaşdırılır.
"Biz bu proseslər üzərində aktiv şəkildə çalışırıq. Özbəkistan da bu təşəbbüsü dəstəkləyir və bu dəhliz çərçivəsində lazımı bütün köməkliyi göstərməyə hazırdır. İştirakçı dövlətlərin səyləri qoyulan hədəflərə minimal müddətdə çatmağa imkan verəcək", - o əlavə edib.


ÖNDERTV.ORG

Oxşar xəbərlər