“BMT Təhlükəsizlik Şurası bu gün səmərəli deyil”
2-03-2023, 12:08
84

“BMT Təhlükəsizlik Şurası bu gün səmərəli deyil”

ÖNDERTV.ORG


“Aparıcı beynəlxalq təşkilatların qərarları ya icra olunmur, ya da selektiv yanaşma və ikili standartlar tətbiq edilir”.
ÖNDERTV.ORG xəbər verir ki, bu sözləri martın 2-də Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə çıxışında bildirib.
Dövlət başçısı suverenliyin və ərazi bütövlüyünün pozulması, dövlətlərin daxili işlərinə müdaxilə hallarının daha çox müşahidə olunduğunu vurğulayıb.
Prezident deyib ki, BMT Təhlükəsizlik Şurası bu gün səmərəli deyil.
Təhlükəsizlik Şurasının bəzi qətnamələrinin bir neçə günün içində icra olunduğunu vurğulayan dövlət başçısı bildirib: “Azərbaycana gəldikdə isə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə 30 ilə yaxın bir müddətdə məhəl qoyulmamışdır”.



ÖNDERTV.ORG

Oxşar xəbərlər