Zelenski Baxmutda vəziyyətin pisləşdiyini deyir
28-02-2023, 17:34
69

Zelenski Baxmutda vəziyyətin pisləşdiyini deyir

ÖNDERTV.ORG

ÖNDERTV.ORG BBC-yə istinadən xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski şərq cəbhəsində yerləşən Baxmut şəhərində vəziyyətin getdikcə çətinləşdiyini bildirib.

Rusiya qüvvələri altı aydan çoxdur ki, şəhəri ələ keçirməyə çalışır.

"Düşmən mövqelərimizi qorumaq üçün istifadə edilə bilən hər şeyi daim məhv edir”- deyə, cənab Zelenski bildirib.

Ukrayna liderinin bu sözləri ABŞ-ın maliyyə naziri Janet Yellen bazar ertəsi Kiyevə səfəri zamanı “ABŞ- ın Çinə Rusiyanı silahlandırmaq barədə xəbərdarlıq etdiyi bir vaxta” təsadüf edir.

Rusiyanın Ukraynanı işğal etməsindən bəri baş verən ən şiddətli döyüşlər Rusiya və onun separatçı müttəfiqlərinin nəzarəti altında olan Baxmutda baş verib. Burda vəziyyət olduqca pisdir. O əraziləri qəhrəmancasına saxlayan hər kəsə minnətdar olmaq lazımdır.

Prezident Zelenski “ölkəmizin bütün ərazisini rus terrorundan müdafiə etmək üçün bir daha müasir döyüş təyyarələrinin göndərilməsinə ehtiac olduğunu” vurğulayıb. Dünən Kiyevə gözlənilməz səfəri zamanı Janet Yellen Ukraynaya 1,5 milyard dollar iqtisadi və büdcə yardımı köçürüldüyünü bildirib. Xanım Yellen ABŞ Prezidenti Co Baydenin keçən həftə Kiyevə səfəri zamanı verdiyi mesajı təkrarladı ki, Vaşinqton müharibədə qalib gəlmək üçün lazım olan müddət ərzində Ukraynanın yanında olacaq.
BBC-yə istinadən xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski şərq cəbhəsində yerləşən Baxmut şəhərində vəziyyətin getdikcə çətinləşdiyini bildirib.

Oxşar xəbərlər