Siyasət
28-02-2023, 13:00
172
BMT Baş Assambleyasının prezidenti Azərbaycana səfər edəcək
44gün.org
BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Csaba Kőrösi Qoşulmama Hərəkatının COVID-19-dan sonrakı bərpaya həsr olunmuş zirvə görüşündə çıxış etmək məqsədilə martın 2-də Azərbaycana rəsmi səfər edəcək.
BMT-dən verilən məlumata görə, Prezident C.Kőrösi dünyanın COVİD-19 pandemiyasının təsirlərini aradan qaldırdığı bir vaxtda elmə, innovasiyaya, texnologiyaya və rəqəmsallaşmaya əsaslanan "yeni reallığa" ehtiyacın olduğunu vurğulayacaq.
C.Kőrösinin Azərbaycanda yüksək səviyyədə görüşləri gözlənilir.
C.Kőrösinin səfəri martın 3-də başa çatacaq.