Rumıniya Azərbaycan əlaqələri
4-02-2023, 09:35
133

Rumıniya Azərbaycan əlaqələri

ÖNDERTV.ORG

Rumıniya Azərbaycan əlaqələri  dostluğ, əməkdaşlıq çərçivəsində illərdir davam edir. 11 dekabr 1991-ci ildə Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan ölkələr sırasına daxil oldu.  İki ölkə arasında diplomatik əlaqələr isə 1992-ci ilin iyun ayının 19-da qurulmağa başladı.
Lap dəqiq desək 3 noyabr 1998-ci ildə Rumıniyanın Azərbaycanda səfirliyi fəaliyyətə başladı. 19 may 2001-ci ildə isə Azərbaycanın Rumıniyada səfirliyi açıldı. Və elə həmən vaxtdan da
Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha göstərir.
Elə məhs son günlərin ən gündəmdə olan hadisəsi kimi  2 fevral tarixində Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana səfərini qeyd edə bilərik.
2 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Rumıniya Prezidenti cənab Klaus Yohannis mətbuata bəyanatlarla çıxış etdilər. 
Dövlətimizin başçısının  çıxışından bəzi nüansları xatırlayaq:- “Ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq çox fəaldır və müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir. Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Bu gün müzakirə olunan və həll etdiyimiz məsələlər doğrudan da strateji əhəmiyyət daşıyır. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha göstərir. Eyni zamanda, ticari-iqtisadi sahələrdə də nəticələr var. Ticarət dövriyyəsi iki dəfədən çox artsa da, hələ ki, istədiyimizə uyğun deyil. Çünki ticarət dövriyyəmizin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir. Biz ticarət dövriyyəmizin şaxələndirilməsi üçün əlavə addımlar atacağıq və ümid edirəm ki, hökumətlərarası komissiyanın fəaliyyəti məhz bu məqsədi güdəcək. Komissiya keçən il Bakıda görüşüb, bu il isə Buxarestdə görüşəcək. Beləliklə, ticari-iqtisadi sahədə də yaxşı nəticələr ola bilər deyə qeyd edən Prezidentimiz əslində bütün bunları vurğulamağa iki ölkə arasında olan diplomatik əlaqələrin necə sıx və məhsuldar olduğunu bir daha bəyan etmiş oldu.
Bu əlaqələrin artan sıralanması və dinamikası göz önündədir. Rumıniya dövlət başçısı da qeyd edir ki elə uzun illər ərzində Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir, 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu vardır.
Digər istiqamətlərdən biri də yaşıl enerji istiqaməti sahəsində çox önəmli addım atılmışdır. Bu çox strateji bir layihədir, böyük sərmayə tələb edən layihədir, habelə bir neçə ölkəni, iki dənizi birləşdirən layihədir.
Əməkdaşlığın  prioritet əməkdaşlıq istiqamətlərindən biri nəqliyyat sahəsidir. Bakı və Konstansa limanları arasındakı əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanlar vardır və inkişaf edir
Və ümid edirik ki bu əlaqələr bundan sonra da hər tərəfli inkişaf edəcək və öz müsbət töhfələrini verəcəkdir.

Nəhayət Şirinova 
ADPU Quba filialının əməkdaşı.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
ÖNDERTV.ORG

Oxşar xəbərlər