İran Azərbaycana qarşı təxribat üçün uşaqlardan istifadə edir
6-01-2023, 16:02
85

İran Azərbaycana qarşı təxribat üçün uşaqlardan istifadə edir

ÖNDERTV.ORG

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) növbəti dəfə uşaqlardan Azərbaycana qarşı hərbi təxribat vasitəsi kimi istifadə edir.
ÖNDERTV.ORG Trend-ə istinadən xəbər verir ki, SEPAH Xudafərin körpüsünün yaxınlığında Azərbaycanı açıq-aşkar təhdid edən uşaq əsgərlərin Azərbaycan dilində danışdığı növbəti videonu çəkib.
"Çox uzağa getməyin. Öz qəbrinizi qazmayın! İran elan edir, Azərbaycan bundan xəbər tutsun!", - deyə videoda qeyd olunur.
Bir neçə gün əvvəl oxşar video artıq SEPAH-a yaxın telegram kanallarında aktiv şəkildə yayılıb. Bu cür təxribatlar iki ölkə arasında münasibətlərə xələl gətirməklə yanaşı, beynəlxalq hüququ da pozur - İran uşaqları əsgər kimi göstərdiyinə görə məsuliyyətə cəlb oluna bilər.
Ölkə artıq bütün beynəlxalq ictimaiyyətdən təcrid olunub və indi ən yaxın qonşusu ilə münasibətləri birdəfəlik pozmağa çalışır. Cənub qonşumuzun qüdrətli orduya, müasir texnologiyalara, geniş beynəlxalq tərəfdaşlara malik ölkə olan Azərbaycana qarşı bu cür təhdidlərin qeyri ciddi və son dərəcə məsuliyyətsiz addım olduğunu anlamaq vaxtıdır.

ÖNDERTV.ORG

Oxşar xəbərlər