
Siyasət
6-01-2023, 15:58
153
SİYASƏT Laçın yolundakı aksiya nəticə əldə olunana qədər davam edəcək - Dövlət Xidmətinin rəisi
ÖNDERTV.ORG
Azad olunmuş ərazilərdə yataqlarımızın qanunsuz istismarı və ekologiyanın pozulmasının qarşısının alınması ilə bağlı hər hansısa bir irəliləyiş yoxdur.
ÖNDERTV.ORG Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, aksiyaçıların tələbləri çox normaldır. "Onlar sözügedən ərazidə monitorinqlərə razılıq verilməsini tələb edirlər. Düşünürəm ki, nəticə əldə olunana qədər aksiyalar davam edəcək".
ÖNDERTV.ORG