Qarabağdakı təbii yataqların qanunsuz istismarı dayandırılır
28-12-2022, 22:53
198

Qarabağdakı təbii yataqların qanunsuz istismarı dayandırılır

ÖNDERTV.ORG
Qarabağ iqtisadi rayonunda yerləşən Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının ermənilər tərəfindən qanunsuz istismarı dayandırılır.
ÖNDERTV.ORG Trend-ə istinadən bildirir ki, yataqların qanunsuz istismarını həyata keçirən Base Metal şirkəti ekspertiza başa çatana qədər mədənin fəaliyyətini dayandırmaq qərarına gəlib.
Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 17 gündür davam edir. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.


ÖNDERTV.ORG

Oxşar xəbərlər