Türkiyədə prezident seçkilərinin vaxtı dəyişdiriləcək? - Ərdoğandan AÇIQLAMA
4-01-2023, 17:46
128

Türkiyədə prezident seçkilərinin vaxtı dəyişdiriləcək? - Ərdoğandan AÇIQLAMA

ÖNDERTV.ORG

“Sular durulmadan seçkilərin tarixini konkret müəyyənləşdirmək olmaz”.
ÖNDERTV.ORG xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsinin mümkün olub-olmaması ilə bağlı jurnalistlərin sualını cavablandırarkən deyib.
O bildirib ki, ictimai rəydə olan hər şey hakimiyyətin gündəmindədir: “Çünki biz işimizi ictimai rəyi uyğun qururuq”.
Qeyd edək ki, daha əvvəl Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop söyləmişdi ki, gələn il iyunun 18-də keçirilməsi planlaşdırılan prezident seçkilərinin vaxtının qabağa çəkiləcəyi istisna deyil.
Xatırladaq ki, iddialara görə seçkilər aprelin 30-da, mayın 7-də və mayın 14-də keçirilə bilər.



ÖNDERTV.ORG

Oxşar xəbərlər