Lavrov üçtərəfli görüşün təxirə salınmasından danışıb: Ermənilər bu cür imkanı qaçırdılar
23-12-2022, 16:00
69

Lavrov üçtərəfli görüşün təxirə salınmasından danışıb: Ermənilər bu cür imkanı qaçırdılar

ÖNDERTV.ORG


Təəssüf ki, ermənilər bu cür imkanı qaçırdılar.
ÖNDERTV.ORG-un Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşü zamanı deyib.
Rusiya XİN başçısı Ermənistanın bu günə planlaşdırılan Rusiya-Azərbaycan-Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak etmək imkanını qaçırdığını qeyd edib.
“Sizi Moskvada görməkdən çox şadıq. Biz bir müddət əvvəl, dekabrın 5-də elə bir arada görüşmüşdük. Bu günə razılaşdırmışdıq ki, bizim ərazimizdə Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin sülh müqaviləsi ilə bağlı müzakirələrini davam etdirmək üçün üçtərəfli görüş keçirək. Biz bu tədbirə hazırlaşmışdıq. Lakin son anda erməni həmkarlarımız Moskvaya gəlməkdən imtina etdilər. Təəssüf ki, bu cür imkan qaçırıldı. Bununla belə, biz sizinlə ölkələrimiz qarşısında dayanan tapşırıqları məmnuniyyətlə müzakirə edəcəyik. Üçtərəfli razılaşmaların həyata keçirilməsi ilə bağlı iş gedir. Amma bu işi sürətləndirmək istəyərdik. Yerdə problemlər yaranıb. Əminəm ki, müntəzəm görüşmək, razılaşmaq, etimadı möhkəmləndirmək və bütün problemlərin nizamlanması üçün zəmin yaratmaq lazımdır”, Lavrov qeyd edib.



ÖNDERTV.ORG

Oxşar xəbərlər