Siyasət
21-12-2022, 11:45
241
“Etirazımızda haqlıyıq, tələblərimizdən dönməyəcəyik”
ÖNDERTV.ORG
Tonqalın istisinə toplaşmış gənclərdən ikisinin söhbəti diqqətimi çəkdi. Bir həftədən çoxdur ki, Şuşa–Xankəndi yolunda davam edən dinc aksiyaya qoşulan bu iki gənc futbol üzrə Dünya çempionatında Argentina – Fransa final qarşılaşmasını müzakirə edirdilər.
– Kim udacaq?
– Bilmirəm, necə deyərlər, meydança düz, top da yumru. Ona görə də dəqiq deyə bilmərəm.
– Yaxşı, bəs kimin uduzmasını istəyirsən?
– Qoy, güclü qalib gəlsin. Uduzan isə cığallıq etməsin.
Bu sözlər lap II Qarabağ savaşında uduzan, amma cığal törələrindən qalmayan erməniləri yada salır.
Adətən, idman siyasətə qarışmır. Amma Fransanın Qarabağ məsələsində bizə qarşı qeyri-obyektiv mövqe tutması azərbaycanlı azarkeşlərə də təsirsiz ötüşmür. Nə etmək olar, siyasət həyatımızın bütün sahələrinə sirayət edir. Bu və ya digər ölkənin davranışı istər-istəməz futbola da təsir göstərir. İdman bütün insanları birləşdirir. Onun gücü də bundadır. Elə həmin gecə böyük ekran qarşısında futbolu izləyən etirazçıları və Rusiya sülhməramlılarını azarkeşlik hissi yaxınlaşdırmışdı. Belə deyək, “barrikada”da üz-üzə dayanan dinc etirazçılarla rusiyalı hərbçilər futbolun yaratdığı birlik atmosferinin xoş təəssüratını yaşayırdılar.
– Siz, deyəsən, futbolu çox sevirsiniz?, – tonqalın başında sakitcə, emosiyasız ekrana baxan gəncdən soruşuram.
– Deməzdim ki, sevmirəm, milli komandalarımız oynayanda həvəslə baxıram, – cavab verir.
Haradan gəldiyini soruşuram. “Karabakh is Azerbaijan” qeyri-hökümət təşkilatının nümayəndəsi olduğunu deyir. “Adım Emin Rəcəblidir. Vətəndaş cəmiyyətinin bir üzvü kimi, ermənilərin ekoloji terroruna qarşı etiraz edənlərə dəstək verməyi özümüzə borc bilirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Erməni vandalizmi hamıya məlumdur. Azad etdiyimiz ərazilərdə ermənilərin daşı-daş üstündə qoymadığını bütün dünya gördü. İndi də Qarabağda qalmış ermənilər bizim humanizmimizdən sui-istifadə edərək, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdəki faydalı qazıntı yataqlarımızda qanunsuz işlər aparırlar”.
Elə bu anda ətrafı “Qol!” sədaları bürüyür. Argentina oyunda hesabı açır. “Halaldı, Messi!”, – qışqıran aksiyaçılardan biri ləzzətlə əlini-əlinə sürtür, “Gördün, sənə demişdim ki, Messi qol vuracaq, amma sən “xoruzların” güclü olduğunu düşünürdün,” – deyərək yoldaşına acıq verir.
– Xoruzlar nədi? – Aksiyaçılardan biri gülümsəyərək soruşdu.
– Fransa millisinin simvoludur, qardaş. Vallah, kinayə etmirəm, – deyə hamını güldürən həmin oğlan cavab verir.
Kənara göz gəzdirirəm. Hamı şən, nikbindir. Yorğunluqlarına baxmayaraq, aksiya keçirilən ərazidəki xüsusi təyinatlıların növbə dəyişikliyi zamanı “Ən böyük, bizim əsgər!” deyərək salamlamaqdan qalmırlar.
– Onlara baxın, sülhməramlılar da, deyəsən, Argentinaya azarkeşlik edirlər, – deyən E. Rəcəbli əli ilə postda dayanmış rus hərbçilərini göstərir. Sonra gülərək zarafatyana “Vallah, biz böyük xalqıq. Bu soyuqda, şaxtada şərait yaradırıq ki, rusiyalı hərbçilər də vaxtlarını səmərəli keçirsinlər”, –deyir.
Düz sözə nə deyəsən. “Həmişə qonşuya hörmət etmiş xalqın övladları olmuşuq. Bizim sülhməramlılarla da işimiz yoxdu. Sadəcə, istəyirik ki, Qarabağdakı ermənilərin qanunsuz əməllərinə son qoyulsun”, – digər etirazçı Azad Əsədov aksiyaya qoşulmasını bununla əsaslandırıb: “Məlumatları oxuyuram, guya, yolu biz bağlamışıq, Xankəndidə yaşayan etnik ermənilər də, guya, blokadadırlar. Halbuki yolu biz bağlamamışıq, hamı da görür ki, Rusiya sülhməramlıları bağlayıblar. Amma ermənilər bu dəfə də yalandan hay-küy salaraq, stəkanda burulğan effekti yaratmaq istəyirlər”.
– ”Bu qədər adam buraya ancaq bir məqsəd üçün toplaşıb: ekoloji talançılığa son qoyulsun!” –Bu sözləri Azərbaycan Skautlar Assosiasiyasının üzvü Aysu Məmmədova deyir: – “30 illik işğal müddətində ermənilər ərazilərimizi ekoloji terrora məruz qoyublar. Buraya toplaşmağımızda məqsəd ondan ibarətdir ki, haqq səsimiz eşidilsin. Səsimiz eşidilənədək buradayıq”.
Aysunun cəsarətli danışığından qürur duyuram. Aksiyada belə haqlı mübarizədə israrlı olan gənclərimizin sayı çox idi.
– Sənə dedim axı, meydan düz, top da yumru,– Cavid Əliyev Fransanın oyunda hesabı bərabərləşdirdiyinə eyham vurur, O, Argentinanın iki qol irəlidə olmasına tez sevinənlərin bostanına daş atır. Həqiqətən də Laçın yolundakı tabloda futbol tragikomediyası yaşanırdı.
“Biz kimsəyə hücum etmirik. Dinc, sakitcə tələblərimizi irəli sürürük”. – Ahıllara və Tənhalara Dəstək İctimai Birliyinin sədri Ruhiyyə Məmmədova dinc aksiyanın məqsədini açıqlayır. – “Biz buraya ona görə toplaşmışıq ki, dünyaya haqq səsimizi çatdıraq. Sülhsevər və terroru hər zaman lənətləmiş bir xalq olduğumuzu nümayiş etdirmək istəyirik. Gördüyünüz kimi, burada böyük ruh yüksəkliyi var, ermənilərin ekoloji terroruna “yox!” demək üçün toplaşmışıq”.
Bu arada Qətərdə həyəcanlı anlar yaşanırdı. Dünya kubokunun sahibini oyunsonrası penaltilər müəyyənləşdirəcək.
“Hazırda dünyanı futbol idarə edir. Bir görün, necə həyəcanla baxırlar. Hamı bu oyunun təsiri altındadır”. Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyinin sədri Gülşən Behbud gileylənir.
– “Siz nə vaxtdan burdasınız?” –deyə soruşuram.
– Dekabrın 12-dən. Bilirsiniz ki, 30 illik işğal müddətində Azərbaycan torpaqları ekosidə məruz qalıb. Hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərimizdə Xankəndidəki separatçı rejim təbii sərvətlərimizi istismar edir, ətraf mühitə ekoloji ziyan vurur. Ona görə də, biz monitorinq keçirmək istədik. Ancaq Rusiya sülhməramlıları buna icazə vermədilər”.
Gülşən xanım əlavə edir ki, dinc aksiya keçirirlər, “silahları” da plankartlar və şüarlardır. Həmsöhbətim onu da bildirir ki, ermənilər aksiyamıza mənfi çalar qatmağa çalışırlar. Onlar yalanlarından, biz də insanlığımızdan geri qalmırıq.
Doğrudan da, səhər saat 06:25-də rus sülhməramlılarından birinin ailə üzvlərinin avtomobillə Xankəndidən Laçın istiqamətinə hərəkət etməsinin şahidi oluruq. Bu, bir daha göstərdi ki, Şuşa- Xankəndi yolu humanitar məqsədlər üçün açıqdır. Aksiya iştirakçıları əvvəl də bəyan etmişdilər ki, bütün mülki ermənilərin, o cümlədən, dinc ermənilərin – qocaların, qadınların və uşaqların keçidi üçün bərabər şərait yarada bilərlər. Təəssüflər olsun ki, fırıldaqçı erməni biznesmen, indisə qondarma “dövlət naziri” Ruben Vardanyan ermənilərin yoldan istifadəsinə mane olur və bilərəkdən saxta məlumatlar yayır ki, guya Azərbaycan tərəfi dinc əhali üçün humanitar böhran yaradır.
Saata baxıram. Əqrəblərin tıqqıltısı ilə futbol şərhçilərinin səsləri ətrafdakı sükutu pozur. Elə bu anda ucadan qışqırıq səsləri ətrafı bürüyür: “Argentina!” Dünya kuboku yenidən Tanqonun vətəninə döndü. Qələbənin sevincini yaşayan etirazçılar da gecəni tonqal başında, milli musiqi ifa edərək keçirirlər.
Bir qədər sonra aksiyaya mina terrorunun qurbanları və ailə üzvləri qatılırlar. Ermənistanın mina terroru nəticəsində zərər çəkən İntiqam Sarıyev mətbuat nümayəndələrinə bildirir ki, burada olmaqlarının səbəbi ərazilərimizdə ekoloji terrora etirazdır. O, həmçinin dedi ki, Ermənistanı mina terroruna son qoymağa çağırırlar.
Ermənistanın mina terroru nəticəsində zərər çəkən digər vətəndaşımız Vidadi Məmmədzadə də aksiyada iştirak edir. Əlində plankart tutan V.Məmmədzadə bildirir ki, aksiyada iştirak etmələrinin məqsədi xalqımıza mənəvi dəstək olmaqdır: “Bu gün biz, bu aksiyada mina qurbanları kimi iştirak edirik”.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun əməkdaşı, mina terrorundan zərər çəkmiş Zabil Məmmədov jurnalistlərə müsahibəsində vurğulayır ki, aksiyada iştirak etmələrinin əsas məqsədi Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazisində ermənilər tərəfindən sərvətlərimizin talanmasına və ekoloji terrora son qoyulmasını tələb edək. Ermənilərin ekoloji və mina terrorunu dayandırmalarını tələb edən Z.Məmmədov Azərbaycan vətəndaşlarının ermənilərin basdırdığı minalara düşərək sağlamlıqlarını itirdiyini, yaxud həlak olduqlarını diqqətə çatdırır. O, ermənilərin mina terroruna son qoyulmasına kömək göstərilməsinin vacibliyini vurğulayır.
Mətbuatla ünsiyyətdən sonra erməni mina terrorunun qurbanları əllərində plankartla rus sülhməramlılarının dayandıqları posta yaxınlaşırlar. Bilmirəm, sülhməramlılar nə dərəcədə ingilis dilini anlayırdılar, amma mesaj güclü idi: mina terroruna ekosid əlavə edən ermənilərin qanunsuz əməllərinə son qoyulmalıdır!
Artıq günortadır, etirazçılar tələblərini səsləndirməkdə davam edirlər. Ünsiyyət saxladığım aksiya iştirakçılarının hamısı haqlı mübarizələrindən dönməyəcəklərini bildirir. Qalib xalqın övladlarına da məhz belə əzmkarlıq yaraşır.

***
Şuşanın səhəri də gözəldi. Günəş çıxar-çıxmaz dünənki şaxtalı havanı unutdurur. Təbiət də öz iltifatını əsirgəmir. Səhər saat 08:00-da Dövlət Himnini oxuduqdan sonra etirazçılar tələblərini yenidən səsləndirməyə başlayırlar. Rusiya sülhməramlıları ilə üz-üzə dayanan aksiya iştirakçıları rusca plankartlar da açırlar.Bir qədər sonra aksiyaya mina terrorunun qurbanları və ailə üzvləri qatılırlar. Ermənistanın mina terroru nəticəsində zərər çəkən İntiqam Sarıyev mətbuat nümayəndələrinə bildirir ki, burada olmaqlarının səbəbi ərazilərimizdə ekoloji terrora etirazdır. O, həmçinin dedi ki, Ermənistanı mina terroruna son qoymağa çağırırlar.