“Bu istismarçı talanlara son qoymağın vaxtıdır” - SORĞU
16-12-2022, 22:43
207

“Bu istismarçı talanlara son qoymağın vaxtıdır” - SORĞU

Bildiyimiz kimi, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqları, xüsusilə “Qızılbulaq” qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa-Xankəndi yolunda aksiya keçirirlər. SİA mövzu ilə bağlı aksiya iştirakçıları arasında sorğu keçirib.

"Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi"nin sədri Müşfiq Ələsgərli: "Həyata keçirilən aksiyanı iki kontekstdə müsbət qiymətləndirirəm. Birincisi ondan ibarətdir ki, Azərbaycanın təbii sərvətləri uzun müddət separatçı qüvvələr tərəfindən talan edilib. Buna görə də hesab verməlidirlər.
Artıq bu istismarçı talanlara son qoymağın vaxtıdır. Rusiya sülhməramlıları şərait yaratmalıdırlar ki, Azərbaycan ekoloqları həmin mədənlərdə monitorinqlər aparsınlar və qanunsuz istismarın qarşısı alınsın. Aksiya haqlı tələblər üzərində qurulub və ərazi üzərində suveren hüquqları olan Azərbaycan qanunlarına, beynəlxalq konvensiyalara tam uyğundur.
İkinci kontekst ondan ibarətdir ki, bu aksiya kifayət qədər innovativ düşünülüb. Ona görə ki, dünyanın özünü trend hesab etdiyi mövzular var ki, o trendlər içərisində həm də ekoloji məsələlər var. Bəllidir ki, yaşadığımız dövrdə dünya kifayət qədər ekoloji problemlərlə üz-üzədir. Bu baxımdan, bütün dünya ictimaiyyəti və dünya təşkilatları ekoloji problemlərə həssas yanaşırlar. Həmçinin, aksiyaçılar dünyanın diqqətini cəlb etmək üçün kifayət qədər yaxşı bir üsuldan istifadə edirlər.
Məsələnin başqa bir tərəfidir ki, günlərdir soyuq havada aksiya keçirilir. Aksiya iştirakçıları əsl vətənpərvərlik nümayiş etdirirlər.
Həmçinin, aksiya uğurludur və kifayət qədər diqqət çəkib. Ermənilər məqsədinə çatmayacaq və biz isə məqsədlərimizə nail olacağıq".


Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu: "Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti etdiyi Qarabağ iqtisadi rayonuna daxil olan bəzi ərazilərdə ermənilərin bilavasitə təşklatçılığı ilə təbii sərvətlərimiz – xususən “Qızılbulaq” “Dəmirli” mis-molibden yataqlarının böyük hissəsinin istismar olunduğu Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən kosmik görüntülərə əsasən aparılan monitorinqlər nəticəsində müəyyənləşdirilib.
Məhz bu qanunsuzluğun, Azərbaycan əarzilərindəki istismarın dayandırılması, dəymiş ziyanın monitorinqinin aparılması məqsədilə QHT təmsilçiləri Şuşa-Xankəndi yolunda aksiya keçirirlər. Artıq aksiyanın 6-cı günüdür və 4-cü günündə mən də orada Jurnalist Ekspert Mərkəzi ictimai Birliyinin sədri kimi iştirak etdim.
Jurnalist olaraq bir daha aydınlaşdırdım ki, məqsəd Laçın yolunun açılması, ekoloji sahə üzrə mütəxəssislərin Xankəndinə getdərək sərvətlərimizin istisimarına dair faktların yerində araşdırılmasıdır.
Azərbaycan sərvətlərinin bizim nəzarətimizdə kənarda olan ərazilərimizdə istismara məruz qoyulmasına, filizlərin qeyri-qanuni yolla xarici ölkələrə daşınmasına sülhməramlılar göz yumurlar. İrandan gələn onlarla iranlının, iranlı adı altında şirkətlərin və ya digər xarici şirkətlərin həmin ərazilərə daxil olmasına məhz sülhməramlılar şərait yaradırlar. Bu hallara dəfələrlə həm rəsmi, həm də ictimi mövqedən etirazımızı bildirmişik və sülhməramlıların da komandanlığı giriş-çıxışa nəzarət edə bilmədiklərini, yoxlamalar aparmağı bacarmadıqlarını etiraf ediblər. Azərbaycan tərəfindən olan monitorinq qrupunu isə ərazilərimizə buraxmırlar. Bu necə missiya yerinə yetirməkdir? Deməli, onda missiyalarını yerinə yetirə bilmirlər.
Bu məntiqdən çıxış edərək nəzarətsiz qalan Qarabağ ərazilərinə gedən yollarda Azərbaycanın müvafiq qurumlarının monitorinq mərkəzlərinin yaradılması tələbi də gündəmə gəlib. DTX-nın, DİN-in, FHN-in, Gömrük Komitəsinin və bu kimi qurumların yoxlama məntəqləri yaradılmalıdır. Axı sülhməramlılar özləri etiraf edirlər ki, onlardakı qurğularla sözügedən ərazilərdən keçən avtomobilləri, sənədləri, şəxslərin kimliklərini tam yoxlaya bilmirlər. Təbii ki, onlar Azərbaycan ərazilərinə saxta sənədlərlə daxil olurlar. Bu sənədlərin saxta olduğunu Rusiya sülhməramlıları aşkara çıxarmağı bacarmırlar.
Bizim ərazilərimizdə dağıdıcılıq işi ilə məşğul olmağa imkan verməməliyik. 28 il işğal ərzində elimizi, obamızı, yurdlarımızı viran etdilər, cənnət diyarlarımızı cəhənnəmə çevirdilər. İndi yenidən eyni hərəkəti təkrar etmək istəyirlər. Halbuki müharibə çoxdan bitib və Qarabağda yaşayan erməni əsilli əhali Azərbaycan vətəndaşlarıdır. Onlar bizimlə birgə eyni hüquqda, eyni rahatlıqda yaşaya bilərlər və yaşayacaqlar. Amma bu gün Xankəndidə olan erməni silahlıları, terrorçuları mülki erməni sakinlərinin öz istəklərinə uyğun yaşamalarına imkan vermirlər. Erməni terrorçuları Azərbaycan vətəndaşları olan erməniləri girov saxlayıblar, imkan vermirlər ki, münaqişə tam sona çatsın sülh müqaviləsi imzalansın.
Biz bəyan edirik ki, Qarabağın nəzarətimizdən kənarda qalan hissəsində yaşayan insanlara humanitar yardım etmək istəyirik. Deyirlər orada xəstələr var, guya müalicəyə Ermənistana gətirilə bilmirlər və yol bağlıdır. Biz onlara təcili tibbi yardım maşınları, göndərməyə, hümanitar yardım göstərməyə hazırıq. Amma Rusiya sülhməramlıları yolu bağlayıb. Onlar imkan vermirlər ki, biz Laçın yolundan keçək və həmin ərazilərə daxil olaq. Faktiki ptən gün, bu gün Xankəndinə hümanitar yardım avtomobilləri gedib və bu fakt əks etdirən görüntülər var. Deməli, ərazilərimizdə yaşayan ermənilər heç də blokadada deyirlər, sadəcə Azərbaycan mütəxəssislərinin öz ərazilərinə daxil ilmalarına şərait yaradılmır.
Laçın - Şuşa yolundan quldurluq və terrorçuluq məqsədi ilə istifadə olunmasın, Rusiya sülhməramlıları terrorizmin inkişafına göz yummasınlar. İrandan silahlar gətirilir və həmin terrorçulara təlimlər keçirilir. Sonra o silahlar Azərbaycana tuşlanır. Bu da münaqişəni yenidən qızışdırmaq məqsədi daşıyır. Biz də bütün bunlara etiraz edirik. Etirazımız nsanlığın tələbidir. Kimin nə ixtiyarı var ki, ərazimizdə dağıdıcılıq işləri görsün, sərvətlərimizi talasın?..
Artıq müharibə bitib. Xalqlar əbədi düşmən olmurlar. Dünyada əbədi düşmən olan xalqlar yoxdur. Müharibə bitəndən sonra həyat öz təbii axarına düşür. Biz istəyirik ki, bütün yollar hər mənada hamar olsun, Laçın dəhlizi, Zəngəzur dəhlizi, Azərbaycanla Ermənistan arasında olan kommunikasiya münasibətləri…
Kriminal iş adamı Ruben Vardanyanın Azərbaycanın təbii sərvətlərinin talan etməsi və ətraf mühitə ciddi ziyan vurulması yolverilməzdir.
Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri sadəcə talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışır.
Azərbaycanın sözügedən ərazilərində təbii sərvətlərinin talan edilməsi dayandırılmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilməlidir”.
Ayşən Vəli

ÖNDERTV.ORG

Oxşar xəbərlər