“Sülh istəmirsinizsə, bir gecə qəfil lazım olanı edəcəyik” - Çavuşoğludan sərt mesaj
6-12-2022, 22:28
85

“Sülh istəmirsinizsə, bir gecə qəfil lazım olanı edəcəyik” - Çavuşoğludan sərt mesaj

#TÜRKİYƏ
"Türkiyə Yunanıstanın təhdidlərinə qarşı susmayacaq".
ÖNDERTV.ORG teleqraf.com-a istinadən bildirir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Yunanıstan mənfi addımlar atır. Bu barədə susmağımız mümkün deyil. Yunanıstan silahsızlaşdırılmış adaların hərbiləşdirilməsindən əl çəkməlidir. Ya Yunanıstan geri addım atacaq, ya da biz lazım olanı edəcəyik. Prezidentimiz "bir gecə qəfil gələ bilərik dedikdə, bunu nəzərdə tutur. Bizə qarşı təhdidlərə susmağımız mümkün deyil. Həm hüquqi müstəvidə, həm də meydanda lazımi addımı atmağa davam edəcəyik.
Külək əkən tufan biçər. Əgər sülh istəmirsinizsə, bir gecə qəfil lazım olanı edəcəyik", - nazir bildirib.


ÖNDERTV.ORG 

Oxşar xəbərlər