Mikayıl Cabbarov Ercan Turan ilə görüşüb
12-06-2025, 23:32
12

Mikayıl Cabbarov Ercan Turan ilə görüşüb

ONDERTV.ORG

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin Iğdır vilayətinin valisi Ercan Turanın rəhbərlik etdiyi türkiyəli iş adamlarından ibarət nümayəndə heyəti ilə görüşüb.
Mikayıl Cabbarov bu barədə "X" hesabında yazıb:
"Ölkəmizin əlverişli işgüzar mühiti, azad olunmuş ərazilərimizdəki biznes fürsətləri haqqında məlumat verdik, biznes dairələri arasında tərəfdaşlığın möhkəmləndirilməsi və birgə təşəbbüslərin gerçəkləşdirilməsi imkanlarını dəyərləndirdik".


Oxşar xəbərlər