Azərbaycanda tələbələrə ŞAD XƏBƏR
2-03-2025, 18:39
84

Azərbaycanda tələbələrə ŞAD XƏBƏR

ONDERTV.ORG

"Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixində imzaladığı sərəncama əsasən,sosial müavinətlər, eləcədə təqaüdlərinartırılması nəzərdə tutulur. Sosial paket yalnızpensiya və maaşlarda artımları özündə ehtivaetmir. Eyni zamanda müavinət və təqaüdlərdəartımlar nəzərdə tutulub və həmin sənədəəsasən Nazirlər Kabinetinə sənədimzalandıqdan üç ay müddətində sosialmüavinətlərin və təqaüdlərin artırılması iləbağlı təkliflərin hazırlanması və təqdimolunması tapşırılıb".
bu sözləri Vüqar Bayramov bildirib. 
Onun sözlərinə görə, artıq Nazirlər Kabineti tərəfindən təqaüdlərin, eləcə də sosial müavinətlərin artırılması ilə bağlı təkliflər hazırlanır: "Gözlənilir ki, mart ayının ikinci yarısında həmin təkliflər dövlət başçısına təqdim olunacaq. Çünki mart ayının ikinci yarısı artıq verilən müddət başa çatır.
Qeyd etdiyimiz kimi, artıq mart ayının ikinci yarısında Nazirlər Kabineti tərəfindən təkliflər təqdim olunacaq. Daha sonra təbii ki, cənab Prezident tərəfindən sənədin imzalanması və həm təqaüdlərdə, həm də sosial müavinətlərdə artımların reallaşacağı mümkün olacaq.
Bildiyiniz kimi sosial paket mərhələli şəkildə reallaşır. Biz sosial paketin növbəti mərhələsində qeyd olunduğu kimi, təqaüd və sosial müavinətlərdə artımları müşahidə edəcəyik".

Oxşar xəbərlər