Paşinyan Bakıdan aldığı cavabı gizlədir - “İki səbəbdən deyə bilmərəm”
1-03-2025, 16:31
151

Paşinyan Bakıdan aldığı cavabı gizlədir - “İki səbəbdən deyə bilmərəm”

ONDERTV.ORG

​​​​Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycana hansı təklifi etdiyini açıqlamaqdan imtina edib.
İrəvanda jurnalistin sualına cavabdan imtina edən Nikol Paşinyan Azərbaycandan cavab alanda bunu açacağını deyib.
“Azərbaycandan cavab alandan sonra detallı açıqlanacaq. Bu iki səbəbdən baş verə bilər: əvvəla, Azərbaycan bunun yayılmasına razılaşmalıdır, digər tərəfdən isə bizim hansı mənəvi haqqımız olacaq ki bunu yayaq” – deyə o, bildirib.
Qeyd edək ki, Paşinyan bundan öncə Azərbaycana Zəngəzur dəhlizi ilə bağlı təklif göndərdiklərini və hələlik cavab almadıqlarını bildirib. O, Azərbaycanın bu təklifə “yox” deməyəcəyini düşündüyünü bildirib.

Oxşar xəbərlər