
Gündəm
11-02-2025, 23:53
230
Şabran şəhər M.Nəzirov adına 4 nömrəli tam orta məktəb
ONDERTV.ORG
14 Fevral- Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar 07 fevral 2025-ci il tarixində Xaqani Poeziya Evinin təşkilatçılığı ilə Şabran rayon Məmmədağa Nəzirov adına 4 saylı tam orta ümumtəhsil məktəbində yazarlarla görüş keçirilib. Görüşdə ilk öncə 7 fevral Milli Qəhrəmanımız Mübariz İbrahimovun doğum günü olduğu qeyd edilərək Vətən, torpaq uğruna canlarından keçmiş Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər məktəblilərə ədəbiyyata həvəs, kitaba sevgi, ümumən isə vətənpərvərlik hisslərinin aşılanması yolunda görülən bu kimi maarifləndirici tədbirlərin önəmindən söz açıb. Sonra yazarlar məktəbin kitabxanasına, eləcə də fəal şagirdlərə öz kitablarını hədiyyə edib.#EduAz #QubaXaçmazRTİ #Şabranşəhər4nömrəlitamortaümumtəhsilməkt əbi #KitabBağışlamaGünü










