Qanlı 20 Yanvar Hadisələrindən  35 il ötür
20-01-2025, 11:57
205

Qanlı 20 Yanvar Hadisələrindən  35 il ötür

ONDERTV.ORG

​​​​“Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” ictimai birliyinin təşəbbüsü ilə 1990 il 20 Yanvar hadisələrinin yörədoıçəsinin 35 illyi ilə baglı tədbir keçirilmişdir Tədbiri giriş sözü ilə acan “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” ictimai birliyinin sədri Tofiq Əli-zadə bildirdi ki,  :  20 Yanvar hadisələri xalqımızın yaddaşında eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olundu. 20 Yanvar hadisələrinin baş vermə səbəblərini araşdırsaq görərik ki, bu faciənin baş verməsində Azərbaycan xalqının milli düşüncəsindən uzaq o dövrki rəhbərliyinin müdafiə olunması və eyni zamanda Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxan Azərbaycan xalqının Kreml tərəfindən cəzalandırılması əsas rol oynamışdır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilərək, dinc əhalini ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutaraq kütləvi qətllər həyata keçirildi. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıqla müşayiət edilib. Tətbiq edilmiş fövqəladə vəziyyət haqqında əhali xəbərdar edilməmişdir.1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə saat 23:30-da Sovet İttifaqı qoşunları SSRİ Ali Sovetinin Rəyasət Heyətinin "Bakı şəhərində fövqəladə vəziyyət elan edilməsi haqqında" Fərmanına uyğun olaraq Bakı şəhərinə daxil oldular. Respublikada vəziyyətin sabitliyinin pozulması dövrü ilk növbədə Ermənistanla Azərbaycan arasında Qarabağla bağlı ərazi mübahisəsi ilə bağlı olmuşdur. Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıdana kimi bu qanlı faciəyə siyasi hüquqi qiymət verilməmşidir. Lakin elə həmin dövrdə də 20 Yanvar hadisələrinə ilk rəsmi etiraz Ulu Öndər Heydər Əliyev tərəfindən səsləndirilmişdir. 21 yanvar 1990-cı il tarixində Sovet rejiminin qadağalarına baxmayaraq, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etmişdir. Heydər Əliyev Bakıya rus ordusunun yeridilməsi ilə bağlı SSRİ rəhbərliyinin qərarını kəskin tənqid etmişdir. ,1998-ci il martın 31-də Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev 1990-cı ilin yanvarında Azərbaycanın azadlığı uğrunda şəhid olanların xatirəsini əbədiləşdirmək məqsədilə "20 Yanvar Şəhidi" fəxri adının təsis edilməsi haqqında fərman vermişdir Daha sonra cıxış edənlərdən “Carçı” Jurnalının baş redaktoru Gülnarə Əmirquliyeva, Rəna Nəbiyeva, Nurəddin Salayev,Həbib Əliyev, Elxan Məhərrəmov, Firuza Əsədullayeva və başqaları, o qanlı günlər haqqında danışarkən bildirdilər ki, Sovet Ordusu qoşunlarının Bakıya və Azərbaycanın rayonlarına qanunsuz daxil olması nəticəsində 131 nəfər həlak olmuş, 400 nəfər həbs edilmiş, 744 nəfər yaralanmış, 4 nəfər itkin düşmüşdür. Hərbçilərin yandırıcı güllələrdən açdığı yanğın nəticəsində 200 ev və mənzil, 80 minik avtomobili, o cümlədən təcili tibbi yardım maşınları, dövlət və şəxsi əmlak dağıdılıb. Ölənlər arasında qadınlar, uşaqlar və qocalar, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və polislər də var. Yanvarın 22-də ölənlərin dəfn mərasimi keçirilib. Bu hadisələr Azərbaycan tarixinə "Qara Yanvar" kimi daxil oludu
 

Oxşar xəbərlər