Əli Əsədov və İrakli Kobaxidze Azərbaycandakı yeni səfirlik üçün ayrılan torpaq sahəsinə baxış keçiriblər
17-01-2025, 15:39
92

Əli Əsədov və İrakli Kobaxidze Azərbaycandakı yeni səfirlik üçün ayrılan torpaq sahəsinə baxış keçiriblər

ONDERTV.ORG

Azərbaycanın və Gürcüstanın baş nazirləri Əli Əsədov və İrakli Kobaxidze Gürcüstanın Bakıda səfirliyinin yeni binasının tikintisi üçün ayrılmış torpaq sahəsinə baxış keçiriblər.
Nazirlər Kabinetindən verilən məlumata görə, torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin göstərişinə uyğun olaraq Nazirlər Kabinetinin 2023-cü il tarixli Sərəncamı ilə ayrılıb.
Torpaq sahəsi Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti ilə Bəşir Səfəroğlu küçəsinin kəsişməsində yerləşir.

Oxşar xəbərlər