
Gündəm
28-12-2024, 16:04
99
Dünya liderləri Prezident İlham Əliyevə başsağlığı verirlər
ONDERTV.ORG
Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Taye Atske Sellasie Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Faciəvi təyyarə qəzası nəticəsində insan tələfatı barədə xəbəri dərin hüzn və kədərlə qarşıladıq.
Efiopiya Federativ Demokratik Respublikasının hökuməti adından və şəxsən öz adımdan Zati-alinizə, Azərbaycan xalqına və hökumətinə, o cümlədən həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bu faciəvi qəzada yaralananların tezliklə və tam sağalmasını diləyirəm.
Efiopiya bu çətin zamanda Azərbaycan xalqı və hökuməti ilə həmrəy olduğunu bildirir.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
*** 10:13
Xorvatiyanın Baş naziri Andrey Plenkoviç azərbaycanlı həmkarı Əli Əsədova başsağlığı məktubu ünvanlayıb.
, məktubda deyilir:
"Dekabrın 25-də Bakıdan Qroznıya uçan "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin sərnişinləri və ekipaj üzvlərinin ölümü ilə bağlı faciəvi xəbəri dərin hüznlə aldım. Xorvatiya Respublikası Hökuməti adından və şəxsən öz adımdan Sizə, həlak olanların ailələrinə və bu faciədən zərər çəkmiş bütün insanlara dərin hüznlə başsağlığı verirəm. Biz həmçinin, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq".
