
Gündəm
25-12-2024, 19:06
119
AZAL-ın təyyarəsində "Kəlmeyi-şəhadət" gətirib sağ qalan kişi stüardessanın şücaətindən danışıb
ONDERTV.ORG
AZAL-ın qəzaya uğrayan təyyarəsində hadisədən öncə "Kəlmeyi-şəhadət" gətirən kişi sağ qalıb.bu barədə video sosial şəbəkələrdə yayılıb.
Kadrlarda kişi stüardessanın şücaətindən bəhs edir. O, bildirib ki, baş təyyarə bələdçisi sona qədər özünü itirməyib və bütün təlimatları sərnişinlərə çatdırıb:
"Təəssüf ki, onun sağ qalıb-qalmaması barədə xəbərim yoxdur"- , deyə həmin şəxs vurğulayıb.
Xatırladaq ki, "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.