London-Honkonq təyyarəsində sərnişinin halı pisləşib, Bakıya təcili eniş olub
29-05-2023, 11:02
75

London-Honkonq təyyarəsində sərnişinin halı pisləşib, Bakıya təcili eniş olub

ÖNDERTV.ORG

"British Airways" aviaşirkətinin London-Honkonq reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi olub.

"Boeing 787" təyyarəsi yerli vaxtı ilə saat 05:09-da Bakı hava limanına uğurla eniş edib.

Sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib və paytaxt klinikalarından birinə çatdırıb. Onunla birlikdə Bakıda ailə üzvü olan daha bir reys sərnişini qalıb.

"British Airways" aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportundan Honkonqa Bakı vaxtı ilə saat 07:37-də yola düşüb.

ÖNDERTV.ORG

Oxşar xəbərlər