
Gündəm
24-12-2024, 02:02
246
Xalqın sevimli Lideri!
ONDERTV.ORG
"Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm"deyən dahi şəxsiyyət Heydər Əliyevin xalqımıza özünün layiqli davamçısı kimi təqdim etdiyi İlham Əliyevin ugurlu,peşəkar Prezidentlik fəaliyyəti xalq tərəfindən hər zaman dəstəklənir.Ona görə ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə, Onun dövrün çagrışlarına çevik reaksiya verən, yüksək idarəetmə bacarıgına malik, xalqına və dövlətinə bağlı lider olduğu bir daha öz təsdiqini tapır.Bu gün Azərbaycan dünyanın siyasi arenasında özünəməxsus yeri ilə seçilir.Prezidentimizin mötəbər beynəlxalq təşkilatların BMT- nin,NATO-nun,ATƏT-in kürsülərində inamlı,qətiyyətli,məntiqli,cəsarətli çıxışları diqqəti cəlb edir,müstəqil xarici siyasəti bəyənilir.
Prezident İlham Əliyev düşünülmüş, müdrik qərarları ilə Azərbaycana yeni nəfəs gətirərək ölkəmizi dünyanın inkişaf edən ölkələri sırasına çıxarmışdır.44günlük Vətən müharibəsi ilə başlayan Şuşa zəfəri bir daha sübut etdi ki, müasir silahlarla təchiz olunan ,yüksək döyüş qabiliyyətinə malik ordu dünya miqyasında ən güclü ordulardan biri kimi formalaşaraq öz əzəli torpaqlarını işgaldan azad etməyə qadirdir.
Bütün bu görülən işlər göstərir ki, Azərbaycanı qarşıda daha parlaq gələcək gözləyir.Ugurlu fəaliyyəti ilə Azərbaycana siyasi mədəniyyət ,milli mənəviyyatımıza uygun siyasi əxlaq standartı ,milli siyasi etika nümunəsi gətirdi.Bu günümüzün daha bir reallığı isə ondan ibarətdir ki, Azərbaycan sürətli inkişaf yolunda inamla irələləyir,onu qarşıda daha möhtəşəm uğurlar gözləyir.Bu yolda bir xalq olaraq Prezidentimizin arxasında duraraq onun dəstəkləyici qüvvəsi olaraq birlik nümayiş etdirəcəyik."Biz birlikdə güclüyük!"
Çox hörmətli Dövlət Başçımız ,Ali Baş Komandanımız!Sizi dogum gününüz münasibəti ilə təbrik edir, yorulmaz fəaliyyətinizdə ugurlar arzulayırıq!
Xaçmaz şəhər akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb liseyin təşkilatçı müavini Cəmiyeva Sədaqət Əskər qızı.