Xuan Laporta Heydər Əliyevin məzarını ziyarət edib
17-11-2024, 22:09
113

Xuan Laporta Heydər Əliyevin məzarını ziyarət edib

ONDERTV.ORG


İspaniyanın "Barselona" klubunun prezidenti Xuan Laporta Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib.
62 yaşlı funksioner abidənin önünə əklil və gül dəstələri qoyub.
Ulu Öndərin əziz xatirəsi böyük ehtiramla yad edilib.
Qeyd edək ki, Kataloniya təmsilçisinin rəhbəri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədi ilə dünən Azərbaycana gəlib.

Qalereya











Oxşar xəbərlər