
Gündəm
6-10-2024, 00:46
492
Maştağa Mədəniyyət Mərkəzində MÜƏLLİMLƏR GÜNÜNƏ həsr edilmiş tədbir keçirildi.
ONDERTV.ORG
TELAN tədris mərkəzinin baş psixoloqu Fazilə Camalovanın təşəbbüsü ilə oktyabr ayının 4 də Maştağa Mədəniyyət Mərkəzində MÜƏLLİMLƏR GÜNÜNƏ həsr edilmiş tədbir keçirildi.Tədbirdə, müəllimlər,şagirdlər,psixoloqlar və ölkəmizin tanınmış ziyalıları iştirak etdilər.Qonaqlar Telan təlim tədris nitq inkişaf mərkəzinin təsisçi direktoru Gülnarə Cəbiyevanın təşkil etdiyi əl işlərindən ibarət sərgidən maraqlı və əvəzolunmaz əşyalar əldə etdilər.Daha sonra Surdopedaqoq Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərin Sosyal yardım ictimai Birliyinin Kordinatoru Rəvanə Hüseynovanın eşitmə və nitq məhdudiyyətli tələbələrinin ifasında Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. 5 oktyabr müəllimlər gününün tarixindən və əsas mahiyyətindən danışıldı.Daha sonra dəyərli qonaqların mənalı çıxışları ard arda tədbiri rəngləndirdi.Fazilə Camalova, Gülnarə Cəbiyeva ,Mail Yaqub,Ramidə Oktayqızı, Səidə Əhmədova, Nail Mərdanov, Niyaməddin İbrahimov, Fərman Borçalı,
Əfsanə Nəbiyeva,
Rəvanə Hüseynova çıxış etdilər. Corn Akademiyasının təsisçi direktoru Tural Məmmədxanlı və Corn Academiyanın əməkdaşı müəllimlərin bayramını təbrik etdilər. Kamran Orucov eşitmə və Nitq Məhdudiyyətli uşaqları və Psixoloq Fazilə Camalovanı Rəvanə Hüseynovanı təşəkkürnamə ilə təltif etdi.
Dostluq cəmiyyətinin məsləhətçisi Fazilə Camalova adından Maştağa kəndinin dəyərli müəllimlərinə fəxri diplomlar təqdim edildi.
TELAN tədris mərkəzini layiqincə təmsil edən müəllim kollektivinə təşəkkür edildi. İstedadlı daun sindromlu Pərvanə Hüseynli "Şuşanın dağları" mahnısının sədaları altında rəqs etdi. Fazilə xanımın təşəbbüskarılığı və təşkilatçılığı ilə baş tutan tədbirdə iştirak edən bütün əməkdaşlar dəyərləndirildi.
Fazilə xanım Telan tədris mərkəzində tarixi iz qoydu.









