Gündəm
10-09-2024, 23:37
41
COP29 çərçivəsində keçiriləcək bir sıra yan tədbirlər məlum olub
ONDERTV.ORG
Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində bir sıra yan tədbirlərin keçirilməsi nəzərdə tutulub.bunu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Konfrans İşləri şöbəsinin direktoru Vasim Mir (Wasim Mir) deyib.
O qeyd edib ki, yan tədbirlər, əsasən, vətəndaş cəmiyyətləri, BMT-nin digər strukturları və başqa təşkilatlar tərəfindən keçiriləcək:
"COP29 çərçivəsində bir sıra məsələlər müzakirə olunacaq. Əsası BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) bir hissəsi olan danışıqlar təşkil edəcək. Lakin bundan başqa, yan tədbirlər də nəzərdə tutulub. Eyni zamanda, COP Prezidentliyi tərəfindən keçirilən tədbirlərimiz olacaq. Bundan başqa, iqlim fəaliyyəti üzrə Mərakeş prosesi çərçivəsində tədbirin keçirilməsi nəzərdə tutulub. Bütün bunlarla yanaşı, COP29 məkanında vətəndaş cəmiyyətləri və bəzi üzv dövlətlər tərəfindən idarə olunacaq pavilyonlar da olacaq. Yəni COP-u unikal edən və iqlim dəyişikliyi ilə mübarizədə ən mühüm qlobal tədbirə çevirən əsas danışıqlarla yanaşı, bir çox müxtəlif tədbirlər də gözlənilir".