Paris-2024: Azərbaycan güləşçisi yarımfinala yüksəlib - YENİLƏNİB
5-08-2024, 22:28
159

Paris-2024: Azərbaycan güləşçisi yarımfinala yüksəlib - YENİLƏNİB

ONDERTV.ORG

Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
yarışa ezam olunan əməkdaşı xəbər verir ki, 130 kq çəki dərəcəsində yer alan idmançı 1/4 finalda qazaxıstanlı Alimxan Sızdıkovla qarşılaşıb.
Rəqibinə 4:0 hesabı ilə qalib gələn Şəriəti yarımfinala yüksəlib.
Təmsilçimiz finalda gedən yolda kubalı Mixain Lopes Nuneslə üz-üzə gələcək.
Görüş bu gün saat 23:00-da başlayacaq.
***17:46
Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.
130 kq çəki dərəcəsində yer alan idmançı estoniyalı Heyki Nabi ilə mübarizə aparıb.
Yarışa 1/8 finaldan qoşulan Şəriəti rəqibinə qalib gəlib.
Bununla da idmançımız 1/4 finala yüksəlib.

Oxşar xəbərlər