
Gündəm
24-07-2024, 04:18
184
DİM-in Müşahidə Şurasının tərkibi təsdiqləndi - SƏRƏNCAM
ONDERTV.ORG
Dövlət İmtahan Mərkəzinin (DİM) Müşahidə Şurasının tərkibi təsdiq edilib.President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Dövlət İmtahan Mərkəzinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilir:
Müşahidə Şurasının sədri
Fərəh Əliyeva - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri
Müşahidə Şurasının üzvləri:
Elnur Əliyev - Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini
İdris İsayev - Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini
Azər Bayramov - Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Anar Kərimov - Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini.