Azərbaycanda İnstituta baş direktor təyin olunub
31-07-2024, 04:16
162

Azərbaycanda İnstituta baş direktor təyin olunub

ONDERTV.ORG

​​​​İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Metrologiya İnstitutuna baş direktor təyin edilib.
Bu vəzifə indiyə qədər direktoru müvəqqəti əvəz edən Xamis Seyranova həvalə olunub.
O, I "Yüksəliş" müsabiqəsinin qalibidir.
X.Seyranov 1984-cü ildə anadan olub, Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavriat və magistratura, Azərbaycan Milli Elmlər Akademiyasında Mülki və təsərrüfat hüququ ixtisası üzrə aspirantura/doktorantura, İsveçin Malmö Universitetində Dünya siyasi prosesləri ixtisası üzrə ikinci magistratura təhsili alıb.//report

Oxşar xəbərlər