Moskva məscidlərində Bayramı namazına 200 minə yaxın müsəlman qatılıb
17-06-2024, 01:08
32

Moskva məscidlərində Bayramı namazına 200 minə yaxın müsəlman qatılıb

ONDERTV.ORG

Rusiyanın paytaxtı Moskva şəhərindəki məscidlərində və xüsusi ayrılmış yerlərdə keçirilən Qurban bayramı namazına 200 minə yaxın müsəlman qatılıb. 
Bu barədə Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi məlumat yayıb.
Rusiya Müsəlmanları Ruhani İdarəsinin verdiyi məlumata görə, bu ilki iştirakçı sayı 2023-cü ilin göstəricilərindən bir qədər az olub. Moskva hökumətinin qiymətləndirməsinə görə, Moskva Cümə Məscidində 80 min, bütün Moskva üzrə isə 200 min nəfər bayram namazında iştirak edib.
Qeyd edək ki, 2023-cü ildə Qurban bayramı münasibətilə 250 minə yaxın müsəlman paytaxt məscidlərini ziyarət etmiş, xüsusilə Moskva Cümə Məscidində və ətraf ərazilərdə 105 min insan namaz qılmışdı.

Oxşar xəbərlər