Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə Zərifə Əliyeva adına İrpen "Dilçi" Humanitar Liseyində təhsil alan ukraynalı məktəblilər iyunun 11-17-də Azərbaycanda səfərdədirlər.
ÖNDERTV.ORG Trend-ə istinadən bildirir ki, səfər Elm və Təhsil Nazirliyi, "SOCAR Ukraine" şirkəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə təşkil olunub.
Zərifə Əliyeva adına İrpen "Dilçi" Humanitar Liseyinin 14-16 yaşlı 8 şagirdi liseyin direktoru və müəllimlərinin müşayiəti ilə Azərbaycana gəlib.
Azərbaycanın paytaxtında qalma proqramı çərçivəsində ukraynalı məktəblilər paytaxtda yerləşən akademik Zərifə Əliyeva adına liseyi ziyarət ediblər. Onlar burada geniş kitabxananı ziyarət edib, həmçinin məktəbdəki müasir təhsil vasitələri və texnologiyaları ilə tanış olublar.
Daha sonra məktəblilər milli tamaşalara baxmaq və direktoru dinləmək üçün liseyin akt zalına toplaşıblar. Direktor öz çıxışında məktəbliləri fəal şəkildə biliklərə can atmağa ruhlandırıb və onları öz istedad və maraqlarını inkişaf etdirməyə təşviq edib.
Akademik Zərifə Əliyeva adına İrpen "Dilçi" Humanitar Liseyinin direktoru Valentina Antonenko jurnalistlərə müsahibəsində İrpen liseyinin təmirində göstərdiyi köməkliyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
"Ay yarım ərzində liseyimizdə irimiqyaslı əsaslı təmir işləri görüldü, uşaqlarımız artıq sentyabrın 2-dən parta arxasına keçərək tədris ilinə başlaya bildilər. Bu gün çox şadam ki, bu təhsil müəssisəsində ruhuma yaxın insanlar tapdım, həmçinin çox gözəl, tərbiyəli və mədəni insanlarla tanış oldum", - deyə V. Antonenko əlavə edib.
Bakıda yerləşən akademik Zərifə Əliyeva adına liseyin direktoru Fərqanə İsayeva isə öz növbəsində ukraynalı məktəblilərin liseyə gəlişinin iki təhsil müəssisəsi arasında əməkdaşlığa doğru bir addım olduğunu qeyd edib.
"Görüş çox maraqlı keçdi. Həm ukraynalı məktəblilər, həm də bizim məktəblilərimiz öz ölkələrinin mədəniyyətləri haqqında çıxışlar hazırlamışdılar. Ukraynalı uşaqlar Azərbaycandakı liseylə tanış oldular və təhsil müəssisələrimiz arasındakı bəzi fərqləri aşkar etdilər. Qərara gəldik ki, bu andan etibarən məktəblərimiz arasında daimi əməkdaşlıq və dostluq əlaqələri qurulsun", - F.İsayeva deyib.
Milli.Az
.jpg)
Gündəm
13-06-2023, 17:50
132
Ukraynalı məktəblilər akademik Zərifə Əliyeva adına liseyi ziyarət ediblər - FOTO
ÖNDERTV.ORG
ÖNDERTV.ORG
Məqaləyə dair fotomateriallar:
ÖNDERTV.ORG