Aşağı Əskiparada vəziyyət dəyişir: Erməni sakinlərin minaladıqları kilsə ərazisində ƏMƏLİYYAT - VİDEO
22-04-2024, 12:55
42

Aşağı Əskiparada vəziyyət dəyişir: Erməni sakinlərin minaladıqları kilsə ərazisində ƏMƏLİYYAT - VİDEO

ÖNDERTV.ORG


Azərbaycana qaytarılması nəzərdə tutulan Ermənistanın Tavuş vilayətindəki Aşağı Əskipara kəndinin sakinlərinin etirazına baxmayaraq, erməni istehkamçılar Müqəddəs Məryəm kilsəsinə bitişik əraziləri minalardan təmizləməyə başlayıblar.
Bu barədə kənd sakinləri məlumat veriblər.
Məlumata görə, hazırda ərazidə 20-25 istehkamçı işləyir.
Qeyd edək ki, Azərbaycanla delimitasiyanın nəticələrinə əsasən, sərhəd xətti kilsənin yaxınlığından keçəcək. Aşağı Əskipara kəndində yaşayan ermənilər kilsə ərazisini minalayıblar.
Mənbə: Erməni KİV 

Oxşar xəbərlər