Mina partlayışı nəticəsində yaralanan Tərtər sakini əməliyyat olunacaq
4-02-2024, 20:21
229

Mina partlayışı nəticəsində yaralanan Tərtər sakini əməliyyat olunacaq

ÖNDERTV.ORG

Tərtər rayonunun Qızıloba kənd ərazisində baş vermiş mina partlayışı nəticəsində yaralanan 2001-ci il təvəllüdlü Əlizadə Həsənəli Şahin oğlu Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan bölgə müxbirinə bildirilib ki, yaralıya partlayış travması, sağ aşağı ətrafın çoxsaylı qəlpə yaralanması, sol aşağı ətrafın aşıq baldır oynağı səviyyəsində travmatik amputasiyası diaqnozu qoyulub.
Xəstə əməliyyata hazırlanır, vəziyyəti ağır qiymətləndirilir.

Oxşar xəbərlər