Azərbaycanın xarici işlər naziri Belarusa işgüzar səfərə gedib
11-04-2024, 15:44
40

Azərbaycanın xarici işlər naziri Belarusa işgüzar səfərə gedib

ÖNDERTV.ORG

Aprelin 11-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasına işgüzar səfərə yola düşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun aprelin 12-də Minsk şəhərində baş tutacaq MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxışı, habelə bir sıra ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Oxşar xəbərlər