Netanyahu: “Əl-Cəzirə” bundan sonra İsraildə yayımlanmayacaq”
2-04-2024, 12:49
76

Netanyahu: “Əl-Cəzirə” bundan sonra İsraildə yayımlanmayacaq”

ÖNDERTV.ORG
İsrail parlamenti (Knesset) ölkədə düşmən medianın bağlanmasına icazə verən qanunu təsdiqləyib.
Qanunun lehinə 71 deputat səs verib, 10 deputat isə əleyhinə çıxıb.
İsrailin baş naziri Benyamin Netanyahu Qətərin “Əl-Cəzirə” telekanalının İsraildə yayımının dayandırılması üçün operativ tədbirlər görəcəyini vəd edib.
“Terrorçu “Əl-Cəzirə” telekanalı bundan sonra İsraildə yayımlanmayacaq. Kanalın fəaliyyətini dayandırmaq üçün dərhal yeni qanuna uyğun addımlar atmaq niyyətindəyəm”, - deyə baş nazir bəyan edib.

Oxşar xəbərlər