Vladimir Solovyovun etnik təxribat xarakterli çııxışları
26-03-2024, 22:36
205

Vladimir Solovyovun etnik təxribat xarakterli çııxışları

ÖNDERTV.ORG

Məlum   “Crocus City Hall” konsert zalında törədilmiş və xeyli günahsız insanın ölümünə səbəb olmuş terror  aktında Azərbaycan izini axtarmaq yönümlü mülahizələri teleaparıcı, jurnalist Vladimir Slovyovun ölkəmizə qarşı ənənəvi qərəzini göstərir. 
    V.Solovyov özünün eyhamları ilə Azərbaycana münasibətdə informasiya təxribatı aparır. Nəzərə almır ki, terrorçunun heç bir milli və dini mənsubiyyəti ola bilməz.V.Solovyovun “Crocus City Hall”da törədilmiş təxrtibata etnik fon verməsi azərbaycanlıları, ümumən Azərbaycanı hədəfə almaq, Rusiyada etnik münaqişə alovlandırmaq, həmvətənlərimizə münasibətdə antipatiya yaratmaq cəhdidir.
Şübhə yoxdur ki, V.Solovyovun Azərbaycan izlərini axtarmaq cəhdi onun ermənipərəst təəssübkeşliyindən qaynaqlanır. Bu, media prinsipləri, söz və ifadə azadlığının imkanları ilə aşkar manipulyasiyadır.

Oxşar xəbərlər