" Uşaq şəxsiyyətinin formalaşmasında valideynlərin rolu "
26-03-2024, 15:00
304

" Uşaq şəxsiyyətinin formalaşmasında valideynlərin rolu "




Uşaq şəxsiyyətinin formalaşmasında valideynlərin rolu böyük və əvəz olunmazdır.Hər bir insan dünyaya öz missiyasını davam etdirmək üçün gəlir.Hər uşağın öz dünyası vardır.Uşaqlar fərqli bacarıqları ilə dünyaya göz açır.Yetər ki,valideyinlər uşaqlarında qabiliyyət və bacarıqlarını düzgün formalaşdırsınlar.Uşaqlarınızı tanıyaraq, kəşf edin.
Təbii haldır ki,valideyinlər uşaqlarını daha yaxşı görmək üçün əllərindən gələni edirlər.Bəzən bilməyərəkdən uşaq şəxsiyyətinin formalaşmasında yanlış təsir edirlər.
Valideyin olmaq bir sənətdir.Ona görə də, valideyinlər uşaq tərbiyəsində çox diqqətli olmalıdırlar.Fərqli xarakter və xüsusiyyətlər nəzərə alınmadan verilən təlim-tərbiyə uşaq bacarıqlarının ortaya çıxmasına mane olaraq basdırılır.Şəxsiyyət olaraq özünü təsdiqləməyə təsir edir və müxtəlif psixoloji səbəblər yaranır.
Uşaqların formalaşmasında  ana-ata,müəllimin və daha sonra cəmiyyətin rolu vardır.Ən əsas məqam valideyinlər və müəllimlər yaş psixologiyasını bilməlidirlər ki,uşaqlara düzgün yanaşsınlar.Nizam-intizamın ən vacib şərti uşağınızı tanıtmaqdır.Uşağınızın davranış və bacarığını hər yaş dövründə incələməlisiniz.Yaş psixologiyasını öyrənin,kitab oxuyun, maarifləndirici seminarlarda iştirak edin.Dünyanı uşağınızın gözüylə görməyə çalışın.Uşaqlar böyüklər kimi düşünmür.Bizə adi gələn hər hansı bir hadisə onlara daha böyük görünür.Dünya onlara çox fərqli görsənir və uşaqların reaksiyaları da müxtəlif olur.Valideynlər hər yaş dövründə uşaqlarından nə gözləmək lazım gəldiyini bilməlidir ki,onları düzgün istiqamətləndirə bilsinlər.Əgər uşağınızın yaşı və inkişaf səviyyəsi paralelində dəyişəcək olan davranışlara qarşı anlayışlı olmağı öyrənsəniz, valideynliyiniz bir o qədər problemsiz keçər.
Uşaqların tərbiyəsində, ata-ana-uşaq münasibətlərinin qurulmasında sevgisinin əsas təsiri vardır.Heç kim uşağın qabiliyyətinə ana-ata qədər bələd ola bilməz.Ən əsası da analar ana bətnindən başlayaraq dünyaya göz açacaq körpəsini doqquz ay qorumalıdır.Düzgün qidalanmalıdır. Həyacan, təşviş, qorxu və s.narahatçılıqlar keçirməməlidir.Çünki ananın keçirdiyi,istər neqativ istər pozitiv hallar doğulacaq olan fərdə ana bətnindən belə təsir edir.Ataların bu müddətdə rolu isə gələcək körpəsinin həm fizioloji həm psixoloji sağlam olması üçün çalışmalıdırlar ki, analar hamiləliyini xoş əhval-ruhiyyədə keçirsinlər və dünyaya gəldikdən sonra uşağı yaxından tanısınlar.
Övladlarımızı görmək istədiyimiz kimi deyil,olduqları kimi qəbul etsək, potensiallarını ortaya çıxarmalarına və sahib olduqları zəkanın inkişafına hazırlasaq həm özümüzə həm də onlara kömək etmiş olarıq.
Azərbaycan vətəndaşı olaraq milli dəyərlərimiz, mentalitetimiz üzərindən uşaq şəxsiyyətinin formalaşmasına dəstək olmaq,cavabdehlik, vətəndaşlıq borcumuzdur.Allaha, Vətənə sevgi varsa da, cəmiyyətə də sevgi olacaqdır.Uşaqlar yaradan tərəfindən bizə verilmiş bir əmanətdir.Ona görə də, əziz valideynlər səbirli davranışlarınızla uşaqlarınızı idarə etməyi tövsiyyə edirəm.Axı,uşaqlar sizi valideyn etdilər.Valideynlik vəzifənizi layiqincə yerinə yetirin!

"Yeddi yaşına kimi uşaqlarınızla oynayın,on beş yaşınadək dost olun, on beş yaşından sonra onlarla məsləhətləşin". 
    ........ HƏZRƏT ƏLİ....

Oxşar xəbərlər