Aİ-nin dəstəyi ilə IFRC “BOCA” adlı təlim proqramı həyata keçirib - FOTO
7-03-2024, 11:51
36

Aİ-nin dəstəyi ilə IFRC “BOCA” adlı təlim proqramı həyata keçirib - FOTO

ÖNDERTV.ORG


26 fevral - 1 mart 2024-cü ildə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) təşəbbüsü ilə “Yerli strukturların təşkilati bacarıqlarının və imkanlarının təhlili (BOCA)” adlı təlim proqramı həyata keçirilib. Bu proqram Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşən və IFRC tərəfindən həyata keçirilən “Azərbaycanda icmanın ehtiyacları və yerli imkanlarla vətəndaş cəmiyyəti təşkilatlarının potensialları arasındakı boşluğun aradan qaldırılması” layihəsi çərçivəsində baş tutub.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) üçün nəzərdə tutulan 3 günlük təlim proqramında Milli Cəmiyyətin müxtəlif şöbələrindən əməkdaşlar, könüllülər, təlimçilər və rəhbərlik iştirak edib. Təlimə açılış sözləri ilə başlayan AzQAC-ın vitse-prezidentləri Qafar Əskərzadə, Əziz Qocayev, icraçı katibin müavini Şaban Şayev və icraçı katibin müavini, gənclər və könüllülər üzrə şöbə müdiri Xalidə İsgəndərova qurumlar arasında baş tutmuş uğurlu layihələrdən, AzQAC bölmələrinin potensialından, könüllü bazasından və atılacaq yeni addımlardan bəhs ediblər.

BOCA proqramının əsas məqsədi proseslərin yüngülləşdirilməsi, strateji planlaşdırmanın və konsensusun yaradılması üsullarının təkmilləşdirilməsinə diqqət yetirmək olub. Təlimlərdən dərhal sonra seçilmiş fasilitator namizədlər AzQAC-ın Abşeron, İsmayıllı və Sumqayıtda yerləşən üç bölməsinə təyin edilib. Namizəd fasilitatorlara düşən əsas tapşırıq BOCA seminarının həmən bölmələrdə keçirilməsi və bu bölmələrin daxilində hər bir departamentin inkişafı üçün ehtiyacı olan fəaliyyət planının hazırlanması nəzərdə tutulub. Bu planın hazırlanmasında əsas məqsəd bölmələrin hər bir şöbəsinin potensialını artırmaq və qurumun inkişafına təkan vermək olub. BOCA təlimindən əldə edilən təcrübə ilə seçilmiş fasilitatorlar AzQAC-ın bütün bölmələrinin özünüinkişaf ehtiyaclarını təmin etməklə bərabər şöbələrin güclü tərəflərini, məhdudiyyətlərini və çətinliklərini müəyyən edib, qiymətləndirə biləcəklər.

Təlimin sonunda seçilən fasilitator namizədlər sertifikata layiq görülərək, rəsmi BOCA fasilitaroru adı qazanıblar.
Qeyd edək ki, AzQAC tərəfindən göstərilən humanitar xidmətlər və hüquqi hərəkətlərin rəqəmsallaşdırılması məqsədi ilə yaradılmış “YARDIM.ET” adlı İanə İdarəetmə Sistemi fəaliyyət göstərir. Bu sistem çərçivəsində “HÖP”, “SMS”, “MilliÖn”, “eManat”, “hesab.az”, “PAŞA Bank”, “Bank of Baku”, “ABB”, “UniBank” mobil əlavələr üzərindən və istənilən bank kartı və s. kimi vasitələrlə ianələrin toplanması və idarəolunması həyata keçirilir. Toplanmış ianələr ehtiyacı olan insanlara müvafiq humanitar yardımların edilməsinə yönləndirilir və heç bir kommersiya və gəlir məqsədi daşımır.
Korporativ sosial məsuliyyəti həyata keçirən bütün şirkətlər və təşkilatlar, o cümlədən fərdi sahibkarlar və xeyriyyəçilər Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlıq etmək üçün bu ünvana müraciət edə bilərlər: [email protected].

Oxşar xəbərlər