Ombudsman: Mirzoyanın fikirləri işğal dövründə Azərbaycan ərazilərində basdırılmış minaların dəqiq xəritələrinin mövcud olduğunu təsdiqləyir
24-01-2024, 19:11
24

Ombudsman: Mirzoyanın fikirləri işğal dövründə Azərbaycan ərazilərində basdırılmış minaların dəqiq xəritələrinin mövcud olduğunu təsdiqləyir

ÖNDERTV.ORG

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın mətbuat konfransı zamanı səsləndirdiyi fikirlər işğal dövründə Azərbaycan ərazilərində basdırılmış minaların dəqiq xəritələrinin mövcud olduğunu və insanların qəsdən qətlə yetirilməsi məqsədilə ölkəmizə təqdim edilmədiyini təsdiqləyir.
Bu barədə Azərbaycan Respublikasının insan hüquqlari üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva  sorğusuna cavab olaraq bildirib.
Ombudsman qeyd edib ki, Ermənistan tərəfindən törədilən mina terroru işğaldan azad edilmiş ərazilərimizdə aparılan tikinti-quruculuq işlərinə mane olur, mülki şəxslərin həyat və sağlamlığını risk altında qoyur, əhalinin öz tarixi yurdlarına təhlükəsiz qayıdışını ləngidir. Birinci Qarabağ müharibəsindən bu günədək Ermənistan silahlı qüvvələrinin torpaqlarımızda basdırdığı minaların partlaması 357 nəfəri uşaq, 38 nəfəri isə qadın olmaqla, ümumilikdə 3400-dən çox vətəndaşımızın minadan zərər çəkməsi ilə nəticələnib. Bununla da beynəlxalq humanitar hüququn norma və prinsipləri Ermənistan tərəfindən kobud şəkildə pozulub.
Dəfələrlə müraciət ünvanlanmasına baxmayaraq, Ermənistan tərəfindən minalanmış ərazilərlə bağlı dəqiq xəritələrin varlığı inkar edilib və ölkəmizə təqdim olunmayıb, bu günədək verilmiş mina xəritələrinin dəqiqlik göstəricisi isə cəmi 25 faiz təşkil edib. Ermənistanın xarici işlər nazirinin son etirafı həmin dövlətin Azərbaycana qarşı müharibə cinayətləri və mina terroru törətdiyini bir daha sübut edir.

Oxşar xəbərlər