Dövlət əmlakı olan 24 nəqliyyat vasitəsi hərracda satılıb
10-01-2024, 12:33
47

Dövlət əmlakı olan 24 nəqliyyat vasitəsi hərracda satılıb

ÖNDERTV.ORG

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 164 sifariş qəbul edilib və 24 nəqliyyat vasitəsi satılıb.

ÖNDERTV.ORG  Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, rəqabətli keçən hərracda “Toyota Corolla” markalı avtomobilin start qiyməti 6 min 750 manat olsa da, son təklif 13 min 500 manata yüksəlib. Start qiyməti 8 min manat olan “Nissan Patrol” markalı nəqliyyat vasitəsi isə 14 min 800 manata özəlləşdirilib.

Oxşar xəbərlər