Müstəqil Dövlətlər Birliyi daxilində yeni transfuziologiya strategiyaları
10-01-2024, 12:32
45

Müstəqil Dövlətlər Birliyi daxilində yeni transfuziologiya strategiyaları

ÖNDERTV.ORG


Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrində yaradılan sistemlər səhiyyə təşkilatlarının qan komponentləri ilə fasiləsiz təmin edilməsinə imkan yaradır. Bu məqsədlə normativlər hazırlanıb və təbii və texnogen fövqəladə hallar üçün qan komponentlərinin lazımi ehtiyatları qorunub saxlanılır.

ÖNDERTV.ORG MDB-nin saytına istinadla xəbər verir ki, MDB məkanında Birliyə üzv dövlətlərin transfuziologiya, onun tərkib hissələri və qan donorluğunun inkişafı sahəsində qarşılıqlı əlaqəsi 2022-ci ildən - Belarus tərəfinin sədrliyi ilə MDB iştirakçı dövlətlərinin Transfuziologiya üzrə Ekspert Şurasının işə başladığı vaxtdan qurulmağa başlayıb. Ötən müddət ərzində MDB ölkələrinin milli qan xidmətlərinin fəaliyyətinin təşkilati-hüquqi təhlili aparılıb ki, bu da problemli məqamları öyrənməyə və bu sahədə əməkdaşlığın strateji istiqamətlərini müəyyənləşdirməyə imkan verib.

Ekspert Şurası çərçivəsində mütəxəssislərin 2023-cü ildə birgə fəaliyyətinin nəticələrinə MDB ölkələrində "Qanın, onun komponentlərinin kompensasiya məbləğinin və donor tərəfindən enerji xərclərinin hesablanması metodikasının müəyyən edilməsi Qaydası", "Qanın, onun komponentlərinin təhlükəsizliyi və keyfiyyətinə dair tələblər" və "Hemopoetik kök hüceyrələrin potensial donorlarının reyestrə daxil edilməsi üçün sağlamlıq vəziyyəti parametrlərinə dair tələblər" adlı metodiki tövsiyələrin istifadəsinin MDB-nin Səhiyyə üzrə Əməkdaşlıq Şurası tərəfindən təsdiq və tövsiyə edilməsini aid etmək olar.
2024-cü ildə Ekspert Şurası MDB ölkələrinin qan xidmətlərinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktların elektron toplusunun hazırlanmasına başlamağı planlaşdırır. Mütəxəssislər tərəfindən insanın qan plazmasından hazırlanan preparatların və tibbi cihazların keyfiyyəti və mövcudluğu barədə araşdırma aparılacaq, qanın, onun komponentlərinin yoluxma təhlükəsizliyinə, qan xidmətinin məlumat standartlarına, habelə qanın və onun komponentlərinin təhvil verilməsi proseduruna dair tələblərin hazırlanması nəzərdə tutulur. Habelə, Ekspert Şurasının təşəbbüsü ilə "Qan donorluğu, onun komponentləri haqqında" model qanununun hazırlanması planlaşdırılır.
Ekspert Şurasının üzvləri işlərinin aralıq nəticələrini Rusiya Hematoloqlarının Birləşmiş VII Konqresi və Rusiya Transfuzioloqlarının IV Konqresi çərçivəsində müzakirə etməyi planlaşdırırlar. Tədbirlərin 11-13 aprel 2024-cü il tarixlərində Moskvada keçiriləcəyi gözlənilir.
 

Oxşar xəbərlər