MDB məkanında sosial şəbəkələrdə reklamdan istifadənin xüsusiyyətləri müzakirə olunub
16-11-2023, 14:33
83

MDB məkanında sosial şəbəkələrdə reklamdan istifadənin xüsusiyyətləri müzakirə olunub

ÖNDERTV.ORG


Moskvada Milli Reklam Forumu çərçivəsində Dövlətlərarası Antiinhisar Siyasəti Şurasının nəzdində reklam üzrə Əlaqələndirmə Şurasının 24-cü iclası keçirilib. 

ÖNDERTV.ORG xəbər verir ki, tədbirdə MDB-nin iştirakçı dövlətlərinin nümayəndələri iştirak ediblər. 

İclasın gündəliyinə daxil edilmiş əsas məsələlərdən biri influenser-marketinq adlanan sosial şəbəkələrdə reklamdan istifadənin xüsusiyyətləri və bu fəaliyyətin üzərində dövlət tənzimlənməsinin tətbiqi imkanları olub. Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya və başqa nümayəndə heyətlərinin üzvləri sözügedən istiqamətin öz ölkələrində inkişafına dair məlumatları təqdim ediblər. 
Tədbir iştirakçıları, həmçinin Rusiyanın reklam bazarında vəziyyət və tendensiyalar haqqında informasiyanı dinləyib və MDB-nin iştirakçı dövlətlərində reklam bazarının inkişafı üzrə aktual məsələləri müzakirə ediblər. Reklam üzrə Əlaqələndirmə Şurasının üzvləri həmin məsələ ilə bağlı fikir mübadiləsi aparıb, milli reklam qanunvericiliyinə əməl edilməsi sahəsində hüququn tətbiq edilməsi üzrə yeniliklərə xüsusi diqqət ayırıblar. Gündəlikdə duran daha bir məsələ Şuranın himayəsi altında işlənib hazırlanmış sosial reklamla bağlı reklamın və rəqabətin faydası olub.

Oxşar xəbərlər