Azərbaycan və BƏƏ liderlərinin görüşləri ərəb mediasında geniş işıqlandırılıb
9-01-2024, 19:52
47

Azərbaycan və BƏƏ liderlərinin görüşləri ərəb mediasında geniş işıqlandırılıb

ÖNDERTV.ORG













Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın Bakıya rəsmi səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirdiyi görüşlər ərəb ölkələrinin mediası tərəfindən geniş işıqlandırılıb.

ÖNDERTV.ORG xəbər verir ki, BƏƏ-nin rəsmi WAM informasiya agentliyi, “Abu-Dabi TV”, “Dubai Zaman” telekanalları, həmçinin “Əl İttihad”, “Əl Xalic”, “Emarat Əl Yom”, “UAEbarq”, “Əl Bələd” qəzet və portallarının reportaj və xəbərlərində iki dost dövlətin başçılarının apardıqları danışıqlarda hazırda yüksək səviyyədə olan ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə dair əzm nümayiş etdirildiyi bildirilib. Diqqətə çatdırılıb ki, Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan bu gün imzalanmış Strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumunu xüsusi qeyd edərək, bu sənədlə iki ölkə arasındakı əlaqələrin strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb. O əlavə edib ki, ticarət, iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, mədəniyyət və təhsil sahələrində də əlaqələrin və əməkdaşlığın inkişafı istiqamətində səylər artırılacaq.

BƏƏ və digər ərəb ölkələrin nüfuzlu media orqanları – “SkyNews Arabia”, “Əl Ərəbiyə”, Dubaydan yayımlanan “CNN Arabic” telekanalları, habelə “Gulf365”, “Əl Vətən”, “DotGulf”, “Əl Bəyan” qəzet və portalları, Bəhreynin rəsmi BNA informasiya agentliyinin reportaj və xəbərlərində BƏƏ Prezidentinin azərbaycanlı həmkarını Azərbaycanın COP29 tədbirinin keçirilməsi ilə bağlı seçilməsi münasibətilə təbrik etdiyi qeyd edilib. Yazılarda vurğulanıb ki, Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan bunun bütün dünyanın Azərbaycana etimadının bir təzahürü olduğunu bildirib və COP29-un keçirilməsində ona uğurlar arzulayıb.
Xəbərlərdə vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyev, öz növbəsində, COP28 Konfransının uğurla keçirilməsi münasibətilə həmkarını təbrik edib, COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar verdiyi dəstəyə görə ona bir daha minnətdarlığını bildirib.

Oxşar xəbərlər