Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
6-01-2024, 22:11
32

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

ÖNDERTV.ORG






Məzahir Pənahovun sədrliyi ilə yanvarın 6-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 2023-cü il 30-31 dekabrda keçirilmiş iclaslarının protokolları təsdiq olunub.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən bildirilib ki, sonra 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi özü tərəfindən irəli sürülmüş Zahid Məhərrəm oğlu Orucun və namizədliyi Milli Cəbhə Partiyası tərəfindən irəli sürülmüş Razi Qulaməli oğlu Nurullayevin namizədliyinin qeydə alınması məsələsinə baxılıb.
Proseslərin gedişi barədə ətraflı məlumat verilərək bildirilib ki, sözügedən namizədlərin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri və onlara əlavə edilməli olan sənədlər səlahiyyətli nümayəndələri tərəfindən Mərkəzi Seçki Komissiyasına təqdim edildikdən sonra Seçki Məcəlləsində nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparılıb, namizədlərin qeydə alınması üçün əsasların olması müəyyən edilib.
Komissiya geniş müzakirələrin ardınca namizədliyi özü tərəfindən irəli sürülmüş Zahid Məhərrəm oğlu Orucun və namizədliyi Milli Cəbhə Partiyası tərəfindən irəli sürülmüş Razi Qulaməli oğlu Nurullayevin 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizəd kimi qeydə alınmasına qərar verib.
Beynəlxalq müşahidə missiyası təmsilçisi, məşvərətçi səs hüquqlu komissiya üzvü, xüsusi icazə almış müşahidəçi və media qurumları nümayəndələrinin iştirak etdiyi iclasda, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər olunub və cari məsələlərə baxılıb.
 

Oxşar xəbərlər