
Gündəm / Siyasət / Cəmiyyət
5-01-2024, 22:32
331
Cəlilabad DYP-yə yeni rəis təyin edildi
ÖNDERTV.ORG
Cəlilabad rayonunda yeni yol polisi rəisi təyinatı olub.
ÖNDERTV.ORG xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, Şəhmir Uluxanov Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin (DYP) rəisi vəzifəsinə təyin edilib.Qeyd edək ki, bu vəzifəyədək mayor Ş. Uluxanov Şəki rayonunun Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsində çalışıb. Ötən ilin may ayından etibarən polis mayoru Şəhmir Uluxanov sərəncama götürülmüşdü.