Azərbaycanda Prezident seçkilərində MDB-dən olan missiyaya Sergey Lebedev rəhbərlik edəcək
3-01-2024, 14:44
68

Azərbaycanda Prezident seçkilərində MDB-dən olan missiyaya Sergey Lebedev rəhbərlik edəcək

ÖNDERTV.ORG

Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində MDB-dən müşahidəçilər missiyasına qurumun Baş katib Sergey Lebedev rəhbərlik edəcək.

ÖNDERTV.ORG MDB İcraiyyə Komitəsinə istinadən xəbər verir ki, onun namizədliyi MDB ölkələrinin Birliyin nizamnamə və digər orqanlarındakı Daimi Səlahiyyətli Nümayəndələr Şurasının qərarı ilə təsdiq edilib.
Bildirilib ki, MDB müşahidə missiyası Azərbaycan hökumətinin dəvəti ilə seçki prosesini izləyəcək. MDB İcraiyyə Komitəsi Birlik ölkələrinə öz nümayəndələrinin müşahidə missiyasına namizədliyini irəli sürmək xahişi ilə dəvət göndərib.
Qeyd edək ki, bu il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

Oxşar xəbərlər